22 Aprel 2014 09:36
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland etiraf edib ki, Vaşinqton Ukraynada "güclü, demokratik hökumət" qurmaq üçün 1991-ci ildən 5 milyard dollar sərf edib.

Trend İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə CNN teleşirkəti bazar ertəsi məlumat yayıb.

Jurnalistin "Doğrudurmu ki, ABŞ Ukraynada demokratiyanın inkişafı üçün 5 milyard dollar xərcləyib?" sualına Nuland belə cavab verib: "ABŞ Sovet İttifaqı dağıldıqdan sonra - 1991-ci ildən bəri Ukraynaya təxminən 5 milyard dollar yatırıb. Bu pul Ukrayna xalqının güclü, demokratik hökumət qurmaq səylərinin dəstəklənməsinə sərf olunub".

Bu zaman ABŞ dövlət katibinin köməkçisi vurğulayıb: "Biz, əlbəttə ki, Maydan üçün pul xərcləmədik". Nulandın sözlərinə görə, "bu, təbii hərəkət idi".


Müəllif:

Oxşar xəbərlər