"Ulduz" jurnalının baş redaktoru, şair-publisist Qulu Ağsəs Şuşada keçirilən Vaqif Poeziya Günlərində iştirak etməməsinin səbəbini açıqlayıb.
Qulu Ağsəs Teleqraf.com-aŞuşaya gedə bilməməsini səhhəti ilə əlaqələndirib: "Səhhətimdə problem var, müalicə alıram. Vaqif Poeziya Günlərinə dəvət edilmişdim, müalicəmə görə tədbirdə iştirak edə bilmədim".
"Şuşaya dəvət edilən yazıçıların siyahısından razısınızmı?" sualına o: "Siyahıya baxmamışam, bu haqda məlumatlı olmadığıma görə bir söz deyə bilmərəm", - bildirib.
Qulu Ağsəsin fikrincə, 39 ildən sonra Vaqif Poeziya Günlərinin keçirilməsi, Molla Pənah Vaqif məqbərəsinin açılması, Şuşada böyük bir tədbirin keçirilməsi təkcə ədəbiyyat hadisəsi deyil, həm də siyasi hadisədir.