“Ermənistanın Sevr sazişi ilə bağlı taxribatçı bəyanatından sonra Aralıq dənizinin şərqindəki durumla bağlı şərh verməsi növbəti hədsizlik və məsuliyyətsizlik nümunəsidir”.
Türkiyənin Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu sözləri bu ölkənin Xarici İşlər nazirliyinin sözçüsü Hami Aksoy Ermənistanın Şərqi Aralıq dənizi ilə bağlı bəyanatından danışarkən deyib.
“Aralıq dənizinin şərqi ilə bağlı şərh verməyə çalışan Ermənistanın dünya coğrafiyası və özünün bu coğrafiyadakı yeri ilə bağlı yanlışlıq içində olduğunu görürük. Burada məsələ Sevan gölü (Göyçə gölü) deyil, Aralıq dənizinin şərqidir. Ermənistanın Sevr sazişi ilə bağlı təxribatçı açıqlamasından sonra bu dəfə Aralıq dənizinin şərqi ilə bağlı şərh verməsi növbəti hədsizlik və məsuliyyətsizlik nümunəsidir”, - açıqlamada bildirilib.