1 Oktyabr 2020 14:22
5 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Milli Təhlükəsizlik Xidməti istefada olan yüksək rütbəli hərbçinin dövlət sirri təşkil edən məlumatları Azərbaycana ötürməkdə günahlandırıldığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, məlumatda istintaq və prosessual hərəkətlər nəticəsində Ermənistan vətəndaşının ölkənin Silahlı Qüvvələrində xidmət edərkən və mühüm vəzifədə işləyərkən dövlət sirrini ehtiva edən məlumatları köçürdüyü və ya topladığı barədə dəlillər əldə etdiyi bildirilib.

Keçmiş hərbçinin “dövlətə xəyanət” maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar verildiyi və barəsində həbs-qətimkan tədbiri seçildiyi qeyd olunur.

Məlumata görə, cinayət işinin əsas fiquru Gürcüstan ərazisində olarkən əməkdaşlığa cəlb edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər