Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan ərazisində keçirilməsli olan hərbi təlimləri təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, bunu təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov bildirib.
Onun sözlərinə görə, hazırda KTMT üzvləri həmin təlimləırin keçiriləcəyi yeri və vaxtı müzakirə edir.
Ermənistanda təlimlər oktyabrın sonlarında keçirilməli idi.
Xatırladaq ki, ötən gün Ermənistan oktyabrın 12-dən 16-dək Belarusda keçiriləcək KTMT təlimlərində iştirak etməyəcəyini açıqlamışdı.