Azərbaycan ordusu qarşısında məğlub duruma düşən ermənilər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən addım atıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-dakı erməni diasporu Türkiyənin NATO-dan çıxarılması üçün Konqresə müraciət edib.
ADR Hərəkatının sədri Qubad İbadoğlu Dağlıq Qarabağdakı uğursuzluğun Ermənistan rəhbərliyi ilə yanaşı, xaricdəki erməni diasoporunu da çaşqın duruma saldığını bildirib:
“Ermənilər “Qarabağın müstəqilliyini tanı” şüarları ilə İrəvanda küçələrə tökülüb, Yunanıstanda avtomobil yolunu kəsiblər, ABŞ-da Türkiyəni NATO-dan çıxarın müraciəti ilə konqresə müraciət ediblər. Guya ki, NATO ABŞ-ın institutudur. Lap başlarını itiriblər, onsuz da heç vaxt ağıllı olmayıblar, sadəcə görünə biliblər, indi hətta görünə də bilmirlər. Xilaskar ordumuzun ardıcıl qələbələri onları xeyli çətin vəziyyətə salıb”.