Ermənistanda 10 günə yaxındır ki, mağazalarda yağ, şəkər tozu və neft məhsullarının qiymətləri kəskin şəkildə artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatında yazılıb.
Belə ki, 10 gün əvvəl 1 litr yağ 2 manat idisə, hazırda 2 manat 75 qəpiyə satılır. Dünya bazarında şəkər tozunun qiyməti 0,9 faiz azaldığı halda, Ermənistanda 96 qəpiyə satılan 1 kiloqram şəkər tozu, bu gün 1 manat 41 qəpiyə satılır.
Qeyd edək ki, iki həftə əvvəl Ermənistanda hərbi forma və gül satışında da bahalaşma qeydə alınıb. Dövlət ticarətçiləri müharibə şəraitindən mənfəət üçün istifadə etməməyə çağırıb. Ölkədə yaşayanlar hələ də hərbi geyim və gül qiymətlərinin baha olmasından şikayətlənirlər.