Ermənistan İctimai Radiosu Ermənistan Müdafiə Nazirliyinin cəbhədə savaşan ermənilərlə bağlı hazırladığı video xəbərin başlıq şəklinə məşhur türkiyəli aşpaz Burak Özdemiri hərbi formadakı görüntüsünü yerləşdirib.
Teleqraf.com-un məlumatına görə, həmin xəbər radionun saytında dərc olunub.
Qeyd edək ki, bu, Ermənistan İctimai Radiosunun qalmaqala yol aça biləcək ilk hərəkəti deyil.
Radionun saytında türkiyəli məşhur müğənni Sərdar Ortaç Azərbaycan Ordusunun “itkiləri” sırasında yer alıb.