26 Oktyabr 2020 09:32
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər döyüş meydanında ağır məğlubiyyətə uğrayıblar. Azərbaycan ordusunun qarşısında tab gətirə bilməyib, Ermənistan və ya işğal olunmuş ərazilərdən döyüş zonalarından kənarda, hərbi obyekt olmayan yaşayış məntəqələrini qadağan olunmuş silahlardan atəşə tuturlar. Onların birinci məqsədi oradakı məğlubiyyətləri kompensasiya etmək, Azərbaycana həm maddi zərər vermək, həm də insanları öldürməkdir. İkincisi , Ermənistan bu regionları raket atəşinə tutmaqla cavab atəşi gözləyir və hələ də ümid edir ki, münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da cəlb edə bilər.

Bu fikirləri Teleqraf.com-a açıqlamsında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, düşmən bu təxribatları törətməklə xalqı panikaya salaraq, ruh düşkünlüyü yaratmağa çalışır:

"Bununla yanaşı, əsas məqsədləri sırasında kommunikasiya xətlərini, elektrik təchizatını həyata keçirən obyektləri, həyatı təmin edən obyektləri sıradan çıxarmaq yer alır. Təəssüf doğuran odur ki, baş prokurorluğun verdiyi məlumata görə, 65 nəfər mülki şəxs, o cümlədən uşaq, qadın, ahıl insanlar vandal hərəkətlərin qurbanı olublar. Yüzlərlə insan yaralanıb, minlərlə yaşayış binası, çoxmərtəbəli binalar, iaşə obyektləri sıradan çıxarılıb.

Bunların hamısı qadağan olunmuş silahlardan istifadə etməklə törədilən hərbi cinayətdir. Bu hərbi cinayətə görə onu törədən canilər cavab verməlidir. Ermənistan ərazisindən atılan raket atəşləri bilavasitə Ermənistan silahlı qüvvələrinə komandanlıq edən ölkə rəhbərinin üzərinə düşür. Onlar cinayət törədirlər və buna görə də fərdi cinayət məsuliyyəti daşıyırlar."

Sahib Məmmədov bildirib ki, Ermənistanda rüşvət mexanizmi yaranıb və bu yolla hərbi xidmətdən yayınmağa çalışırlar: "Ölkədə tam səfərbərlik elan olunub, 55 yaşına qədər bütün kişilər məcburi, qadınlar isə könüllü şəkildə ordu sıralarına səfərbər edilir. Amma ermənilər bundan yayınmaq istəyirlər. Yayınmağın növlərindən biri də saxta yolla koronavirusa yoluxma ilə bağlı arayış almalarıdır. Bu yolla bir neçə həftə özlərini çağırışlardan kənar saxlaya bilirlər.

Bu onu göstərir ki, Ermənistanın Azərbaycanın yeni texnoloji müharibəsinin qarşısında tab gətirməmək qorxusu var. Silahlılarımız onları səngərdə, bunkerdə yaxalayıblar. Eyni zamanda, başqa dövlətin torpağında ölmək istəmirlər. Ölkə rəhbərliyinin apardığı ağılsız siyasətin qurbanına çevrilən istəmədikləri də üçün geri çəkilirlər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər