Ermənistan Baş naziri Nikol Paşinyanın müavini Tiqran Avinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində gedən döyüşlərdə ağır yaralanıb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib.
“Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Qarabağda çox ağır yaralanıb. Ermənistandakı fövqəladə vəziyyət rejiminin komendantı vəzifəsinin də həvalə olunduğu Avinyan Baş nazir Paşinyanın “sağ əli”dir.
Eyni zamanda o, Dağlıq Qarabağa axışan “könüllü”lərin dəstələrinin formalaşdırılması ilə məşğuldur. Dağlıq Qarabağdakı terrorçu xuntanın rəhbəri Araik Arutyunyanın kortejinin vurulması nəticəstində çox ağır yaralanmış Tiqran Avinyanın durumu indi kirtikdir”, - jurnalist bildirib.