“Hakimiyyətin iki il yarım ərzində qurduğu saxta Ermənistan mifi məhv edildi”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazıb.
Nəşr qeyd edir ki, Nikol Paşinyan hökuməti Feysbuk və digər sosial şəbəkələrdəki feyk xəbərləri ilə Qarabağda əməliyyatların davam etdiyi müddət ərzində erməni cəmiyyətində yanlış təəssürat yaradıb:
“Həqiqi Ermənistanda küçələrə çıxan minlərlə insan Nikol Paşinyanın istefasını tələb edir. Mitinqə təşəbbüs göstərən 17 partiya da baş nazir tələblərini yerinə yetirənə qədər aksiyaların davam edəcəyini açıqlayıb. Yalnız bir tələb var – Paşinyanın istefası”.