Müharibənin başa çatmasından bir neçə gün keçməsinə baxmayaraq, işğalçının Türk dronu qorxusu keçmək bilmir.
Teleqraf.com xəbər verir ki, erməni mediasında paytaxt İrəvanda Türkiyə istehsalı “Bayraktar” dronunun görünməsi haqda məlumat yayılıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan isə bu məlumatları təkzib edib:
“İrəvanın hava məkanında Türkiyənin “Bayraktar” pilotsuz təyyarəsinin peyda olması ilə bağlı yayılan xəbərlər yalandır”.