“Qarabağda çirkli əməllərini həyata keçirən siyasi güc (Nikol Paşinyan) Ermənistanda da repressiya və siyasi təqiblərə üz tutmaq qərarı verib, bizi susdurmağa, zorakılıqla erməni xalqının qəzəbini boğmağa çalışır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Daşnaksütyun partiyasının rəsmisi Lilit Qalstyan mətbuat konfransında deyib.
"Əlbəttə, ağzımızı bağlaya bilməyəcəklər. Bu ləyaqətsizliyi qəbul etməyəcəyik”, - Qaltsyan bildirib.