16 Noyabr 2020 14:23
2 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda fəaliyyət göstərən “Adekvad” partiyasının rəhbəri Artur Danielyan həbs olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Danielyanın ölkədə hakimiyyət əleyhinə keçirilən aksiyalar və dövlət əleyhinə çevriliş planında iştirak ittihamı ilə həbs olunduğu bildirilib.

Artur Danielyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi ideyasının tərəfdarlarından biridir. Dəfələrlə belə bir iddia ilə gündəmə gəlmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər