“Əgər strateji səhvdən danışırıqsa, onda ən böyük səhv iki yanaşmanın birləşdiriləcəyinə inanmamız idi”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə “Mənim addımım” fraksiyasının suallarını cavablandırarkən söyləyib.
“Yanaşmamız, ilk növbədə, müharibəni istisnaetmə prinsipi, ikincisi, də dünyanın bir qarış olmaması prinsipi idi. Ssenarimiz olmalı və hazırlaşmalı idik. Ən böyük səhvimiz bizə vaxtı sonsuza qədər uzada biləcəyimiz kimi görünməsi idi. Açıq şəkildə bildirək ki, 1998-ci ildən bəri danışıqlar prosesində yalnız bir formulasiya və amil hiss olundu, danışıqlar prosesinin məqsədi yeddi rayonun Azərbaycana qaytarılmasıydı. Müzakirə prosesindəki tək spesifiklik bu idi”, - Paşinyan qeyd edib.
Onun sözlərinə görə, bu prinsiplərdən birinin lehinə seçim edilməməsi strateji səhv idi: “Bunları birləşdirmək istədik. Seçməli olduq. Düzü, bu seçimi etməyə çalışdıq. İki il yarım ərzində bu seçimin təmin olunmasını həyata keçirə bilməmək fərqli bir məsələdir”.