"Çiçəklənən Ermənistan" və "İşıqlı Ermənistan" partiyalarından olan deputatlar ölkə parlamentinin bu gün keçirilən iclasını boykot ediblər.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, parlament müxalifəti nümayişkarənə şəkildə iclas salonunu tərk ediblər.
Onlar parlamentin gündəliyində yalnız bir məsələ - Ermənistan Baş naziri Nikol Paşinyanın vəzifədən istefa verməsinin müzakirəsini tələb edirlər.
Qeyd edək ki, bu gün keçirilən erməni parlamenti iki məsələni müzakirə edir. Bunlardan biri ölkənin 2021-ci il üçün büdcə layihəsidir.