“Paşinyan məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərinə götürdü, indi isə məsuliyyətdən yayınmaq üçün cəhdklər edir”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdəki “İşıqlı Ermənistan” fraksiyasının deputatı Gevorq Qorgiasyan deyib.
Deputat baş verənlərə görə, Paşinyanla yanaşı, Müdafiə Nazirliyini də ittiham edib və ölkədə totala xaosun hökm sürdüyünü söyləyib.
O, hakim “Mənim addımım” fraksiyasının ölkədəki xaosa nəzarət etmək üçün gücünün olmadığını bildirib.
Qorgisyan “İşıqlı Ermənistan”nın iqtidarın müxalifətin təklif etdiyi gündəmi görməzlikdən gəldiyini nəzərə alaraq, dünəndən etibarən parlamentin iclaslarında iştirakı məsələsinin müzakirə edildiyini söyləyib:
“Bir şey dəqiqdir, Ermənistan məğlub liderlə irəliləyə bilməz. İnanıram ki, baş verənlər təkcə müdafiə naziri David Tonoyanın deyil, bütün hökumətin günahıdır. Əslində biz bu müharibəyə hazır deyildik, amma bunun üçün ilk növbədə baş nazir cavabdehdir. Bir şəxs ləyaqətə sahibdirsə, o zaman məğlubiyyəti qəbul edib getməlidir, amma Nikol Paşinyan bunun əvəzinə hamını günahlandırır”.