20 Noyabr 2020 15:53
5 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təslim olduqdan sonra Nikol Paşinyanın günahı özündən başqa hamının və hər şeydən əvvəl müdafiə nazirinin (David Tonoyan) üzərinə atmaq üçün əlindən gələni edəcəyi gözlənilən idi. Təsadüfi deyil ki, rəsmilər bu yaxınlarda David Tonoyana qarşı isterik anti-təbliğata başladılar. Yalnız səfehlər bu ssenarini görmürlər. Fikrimcə, Tonoyan da bunu gördü”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Saqatelyan deyib.

“Baş verənlərlə əlaqəli bir çox sual var və hər bir şəxsin günah payı gələcəkdə bir araşdırma mövzusuna çevriləcək. Hələ də çoxsaylı faktlarla qarşılaşacağıq, amma birmənalı və tam məsuliyyət daşıyan bir nəfər var, amma daima məsuliyyətdən qaçmağa çalışdı, çalışacaq və çalışır. Amma bu baş tutmayacaq, Nikol Paşinyan, getməlisən”, - Saqatelyan qeyd edib.

Erməni mediasında Müdafiə naziri David Tonoyanın istefası haqda məlumat yayılıb. Qeyri-rəsmi məlumatlara görə, Paşinyanın müşaviri Vaqarşak Arutyunyan onu əvəz edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər