21 Noyabr 2020 16:08
6 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Azərbaycana məğlub olması Paşinyanın karyerasına son qoya bilərdi. Amma qoymadı, çünki Putin onu bağışladı. Bunun ilk əlaməti Putinin tələsik efirə verilən müsahibəsində idi”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Asəf Quliyev deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti bu müsahibədə üçtərəfli bəyanata imza atmaqla Paşinyanın son anda və düzgün qərar verdiyini, indiki şəraitdə onun devrilməsinin Ermənistana zərəri ola biləcəyini açıq formada izhar etməsi bunun ilk əlaməti idi:

“Daha sonra Dağlıq Qarabağla bağlı bəzi qərarlar, Şoyqu və Lavrovun İrəvana səfərləri ilə bağlı informasiyalar Paşinyan üçün indilikdə hakimiyyət probleminin həll olması deməkdir.

Bəzi ekspertlər hesab edir ki, Ermənistan cəmiyyəti artıq Paşinyanı qəbul etmir və ona qarşıdır. Amma əldə olan informasiyalara əsasən demək olar ki, Paşinyana Qərbə inteqrasiya tərəfdarlarının rəğbəti azalmayıb. Ona qarşı olan əsas siyasi güclər Rusiyapərəst qüvvələrdir. Putinin dedikləri və mühüm nazirlərini İrəvana göndərməsi Ermənistandakı Rusiyapərəst qüvvələrə mesaj kimi qəbul oluna bilər”.

Asəf Quliyevin fikrincə, Putinin mərhəmətinə sığınan Paşinyan Qərbə inteqrasiya tərəfdarı olan qatı anti-rus fiqurları hökumətdən uzaqlaşdıracaq.


Müəllif: Mənsur Rəğbətoğlu