23 Noyabr 2020 14:35
2 912
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtkin düşmüş hərbçilərin qohumları və ailələri Ermənistan Müdafiə Nazirliyinin qarşısında mitinq keçirirlər.

Teleqraf.com xəbər verir ki, etirazçılar müdafiə naziri ilə görüş tələb edirlər.

“44 gündür oğlumdan xəbərim yoxdur. Buna cavabdeh biri varmı? Valideynlər qəbul olunmasa, başqa addımlar atacağımızı xəbərdar edirik”, - nazirlə görüş tələb edən valideynlərdən biri deyib.

İtkin düşənlərin yaxınları bu məsələnin siyasiləşdirilməsinə imkan verməyəcəklərini, müdafiə nazirinə müraciət etmək üçün heç bir deputata və ya siyasətçiyə ehtiyac duymadıqlarını söyləyirlər.

İtkin düşmüş hərbçilərin valideynləri təxminən üç saatdır nəzarət məntəqəsində gözləyirlər, lakin hələ heç kim onları qəbul etməyib.

Xatırladaq ki, noyabrın 16-da Dağlıq Qarabağdakı müharibə zamanı itkin düşən hərbçilərin yaxınları Silahlı Qüvvələrin baş qərargah rəisi Onik Qasparyan və keçmiş müdafiə naziri David Tonoyanla görüş tələb edərək Müdafiə Nazirliyinin qarşısına toplaşmışdılar.

Noyabrın 21-də isə itkin düşən hərbçilərin ailələri övladlarının xidmət etdikləri Eçmiədzindəki hərbi hissənin qarşısında etiraz aksiyası keçirmişdilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər