Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan vəzifəsindən azad edilib.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə “Mənim addımım” blokunun deputatı Andranik Köçəryan deyib.
Qeyd edək ki, bu gün Köçəryan müharibə zamanı itkin düşən hərbi qulluqçuların valideynləri ilə görüşüb. Bu məlumatı da görüş zamanı səsləndirib.
Beləliklə Paşinyan hökuməti bütün məsuliyyəti Müdafiə Nazirliyinin üzərinə yıxaraq vəziyyətdən çıxmağa çalışır.