Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş üzvü Kim Balayan aclıq aksiyasına başlayıb.
Teleqraf.com xəbər verir ki, o, Baş nazir Nikol Paşinyandan istefasını tələb edib.
“Ölkədəki konstitusiyanı pozan Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirəm. Buna görə də, bu gündən etibarən aclıq aksiyasına başlayıram”, - Balayan qeyd edib.
Kim Balayan aclıq aksiyasının müddətsiz olub-olmayacağı barədə suala belə cavab verib:
“Xeyr, istefadan əvvəl cinayət işi açılmalıdır. İstintaq orqanının təcridxanası onun üçün kifayət qədər etibarlı bir yer olduğu üçün bunun baş verəcəyinə əminəm”.
Qeyd edək ki, Kim Balayan 2003-cü ildə Ermənistan Parlamentinin qərarı ilə Konstitusiya Məhkəməsinin üzvü təyin edilib, 2018-ci ilə qədər bu vəzifədə çalışmışıb.