Ermənistanın baş naziri Nikol Paşinyan hökumət binası qarşısında etiraz aksiyası keçirən hərbi qulluqçuların yaxınlarını qəbul edib.
Teleqraf.com xəbər verir ki, aksiya iştirakçıları Dağlıq Qarabağda xidmət edən övladlarının Ermənistana köçürülməsini tələb ediblər.
Paşinyan ona daha iki gün möhlət verilməsini xahiş edib. Baş nazir noyabrın 30-da onların suallarına dəqiq cavablar verəcək.