Ermənistan ordusunun Dağlıq Qarabağdakı iki hərbçisi sursat partlaması nəticəsində ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə şərq istiqamətindəki postlardan birində döyüş sursatlarının çıxarılması zamanı baş verib.
19 yaşlı hərbçilər Jirayr Matevosyan və Geqam Ohannisyan hadisə yerinə həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.