Ermənistanda 16 siyasi partiyanın vahid namizədi bu ölkənin keçmiş baş naziri, Milli Demokrat İttifaqının sədri Vazgen Manukyandır.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Manukyan 1992-1993-cü illərdə Ermənistanda baş nazir postunu tutub. 1996-cı ildə isə Levon Ter-Petrosyanın əsas rəqibi olub.
Vazgen Manukyan bir müddət əvvəl Ermənistan hökumətinə çağırış edərək hakimiyyəti orduya verməyə səsləyib.