Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı olan müxalifət liderləri vahid namizəd məsələsində eyni mövqedən çıxış etmir. “Maariflənmiş Ermənistan” Partiyası müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyanı dəstəkləmir.
Teleqraf.com xəbər verir ki, erməni parlamentində “Maariflənmiş Ermənistan” fraksiyası baş nazir vəzifəsinə partiyanın sədri Edmon Marukyanın namizədliyini irəli sürəcək.
Bu barədə fraksiyanın katibi Gevorq Gorqisyan bəyan edib.
“Maariflənmiş Ermənistan Partiyasının baş nazirliyə namizədi Edmon Marukyandır. Əgər baş nazir vəzifəsi boş qalsa fraksiyamız Edmon Marukyanın namizədliyini müdafiə edəcək”,- fraksiyanın katibi bildirib.