8 Dekabr 2020 15:50
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Kilikiya Evinin katolikosu I Aram Ermənistanın baş naziri Nikol Paşinyanı Qarabağ müharibəsindəki məğlubiyyət və sonrakı daxili siyasi böhran fonunda istefaya çağırıb.

Teleqraf.com xəbər verir ki, Böyük Kilikiya Evinin katolikosu erməni xalqının məğlubiyyətə uğradığına görə həyəcan içində olduğunu, qeyri-müəyyənliyə və ümidsizliyə məhkum olduğunu qeyd edib.

Qeyd edib ki, ordunun göstərdiyi müqavimətə baxmayaraq, Qarabağın əhəmiyyətli hissəsi itirilib. Çoxlu sayda ölü, əsir, yaralı və qaçqın var.

“Mövcud böhran vəziyyətində biz Nikol Paşinyanı istefaya çağırırıq. Ermənistan parlamenti konstitusiya yolu ilə yeni baş nazir seçməyi bacarmalıdır. Ümid edirik ki, yeni baş nazirin rəhbərlik etdiyi keçid hökuməti növbədənkənar parlament seçkiləri təşkil edəcək”, – deyə katolikos I Aramın mesajında ​​deyilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər