17 Dekabr 2020 11:54
6 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaxın gələcəkdə Ermənistanda kütləvi siyasi həbslərin başlayacağı gözlənilir. Səbəb müxalifətin günü-gündən mübarizəni gücləndirməsidir və hakimiyyət hələ də istefa qərarı vermədiyi üçün hərəkətə keçən müxalifəti daha da qızışdırır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti məlumat yayıb.

Nəşr “Daşnaksütyun” partiyasının rəsmi nümayəndəsi İşxan Saqatelyanın açıqlamasına da diqqət çəkib.

Saqatelyan bildirib ki, müxalifətin işi hakimiyyətə qarşı yürüşlər və mitinqlərlə məhdudlaşmayacaq, əlavə hərəkət planları da həyata keçiriləcək:

“Dekabrın 22-si mübarizəmizin ən həlledici günü olacaq. Bu gün hər bir Ermənistan vətəndaşı gündəlik qayğılarını unutmalı, ayağa qalxmalı, işə, alış-verişə yox, meydana getməli və bu xəyanət prosesinə laqeydlik göstərməməlidir ”.

Saqatelyan qeyd edib ki, dekabrın 22-də bütün müəssisələr və universitetlərdə ümumi tətil, vətəndaş itaətsizliyinin kütləvi aksiyaları elan ediləcək.

Qəzetin yazdığına görə, bu barədə əvvəlcədən məlumat alan hakimiyyət hüquq-mühafizə sisteminə və silahlı qüvvələrə ayıq-sayıq olmağı əmr edib.

Nəşr hakimiyyətin nümayişləri zorakılıq yolu ilə dayandırmağı planlaşdırdığını yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər