17 Dekabr 2020 16:21
1 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Sünik bölgəsinin (Zəngəzur) sakinləri Qafan hava limanına gedən yolları bağlayıb.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, etirazçılar yalnız təcili tibbi yardım avtomobillərinin və Müdafiə Nazirliyinin yoldan keçməsinə icazə verir.

Etiraz edən ermənilər rəsmilərlə görüşüb sərhəd təhlükəsizliyinə zəmanət almaq istəyir.

Amma onlarla yolun açılmasına dair müzakirələri yalnız polis aparıb. Rəsmi şəxslər etirazçılarla görüşməyib.

Xatırladaq ki, ermənilərin etiraz keçirdiyi ərazi Azərbaycanın Zəngilan və Qubadlı rayonları ilə sərhəddir.


Müəllif: Cavad

Oxşar xəbərlər