22 Dekabr 2020 18:59
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binası yaxınlığında Baş nazir Nikol Paşinyanın istefası üçün etiraz aksiyası keçirilib.

Teleqraf.com xəbər verir ki, aksiya iştirakçıları “Nikol vətən xainidir!”, “Nikolasız Ermənistan!” şüarları səsləndirməklə yanaşı, nazirliyin əməkdaşlarını onlara qoşulmağa və “balqabağın” (Araik Harutunyan nəzərdə tutulur) yenidən nazir təyin edilməməsi üçün fəallıq göstərməyə çağırıblar.

Daha sonra etirazçılar Baş Prokurorluğun qarşısında dayanaraq baş prokurordan Ermənistan baş nazirinə cinayət işi açmaq və həbs etmək çağırış ediblər.

Baş Prokurorluq qarşısında şüarlar səsləndirən aksiyaçılar sonda Respublika Meydanında keçirilən mitinqə qoşulmaq üçün yürüşə start veriblər.


Müəllif: Cavad

Oxşar xəbərlər