23 Dekabr 2020 18:08
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda benzinin və maye qazın qiyməti bahalaşıb. Hazırda yanacaqdoldurma məntəqələrində benzinin qiymətinin bir neçə faiz bahalaşdığını müşahidə etmək mümkündür.

Teleqraf.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, indi “Regular” markalı adi benzinin yanacaqdoldurma məntəqələrində litri 360-370 dramdır (70 sentdən bir qədər artıq). Ölkədə maye qazın da qiyməti bahalaşıb. Onun qiymətini adətən benzinlə bağlayırlar.

Artıq bəzi taksi sürücüləri fürsətdən istifadə edib müştərilərə ikiqat qiymət deyirlər.

İqtisadi Rəqabətin Qorunması üzrə Dövlət Komissiyasından “Sputnik Ermənistan”a bildirilib ki, hazırda beynəlxalq benzin qiymətlərinin monitorinqi aparılır. Komissiya ölkədə mövcud olan yanacaqdoldurma məntəqələrindəki qiymətlərlə dünya qiymətlərinin monitorinqinin nəticələrinə əsasən hesabat hazırlayacaq. Bu hesabat yeni ildən sonra ərsəyə gələcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər