25 Dekabr 2020 15:32
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda bir qrup hüquqşünas ölkənin baş naziri Nikol Paşinyan barəsində cinayət işinin açılması ilə bağlı baş prokurora müraciət ünvanlayıb.

Teleqraf.com-un məlumatına görə, müraciəti imzalayanlar N.Paşinyanın dövlətə xəyanət ittihamı ilə həbsini tələb edir.

Müraciət N.Paşinyanın Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası ilə əlaqədar açıqlamaları ilə bağlı edilib. Sənədi 20 hüquqşünas imzalayıb.

Qeyd edək ki, Ermənistanda noyabrın 10-dan etibarən Nikol Paşinyanın istefası ilə əlaqədar etiraz aksiyaları keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər