2 Yanvar 2021 17:14
8 945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün doğulduğum Qırmızı bazarda idim. Məktəb yaşında tez-tez getdiyim yuxarı hissə indi təmas xəttidir. Dostum Miçurinlə kəndlər arasındakı yolda dayandıq və diqqətlə meşəlik üfqünün altındakı səngərlərə baxdıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri separatçı polkovnik-leytenant, saxta qurumun saxta ordusunun sabiq mətbuat katibi Senor Asratyan bildirib.

Onun sözlərinə görə, hislərini anlayan dostu Miçurin onun qolundan tutaraq qulağına pıçıldayıb ki, səngərləri görürsən, amma sən kəndlərdən gedərkən Şuşaya girişdəki sütunu görsən... Bunu eşidən kimi xidmətdən istefa ərizəsini təqdim etməyi düşündüm, amma sona xatırladım ki, beş ayım qalıb”.

Qeyd edək ki, saxta polkovnik-leytenant Şuşanın girişindəki sütunda Azərbaycan və Türkiyə dövlət bayraqlarının asılmasını nəzərdə tutur.


Müəllif: Cavad

Oxşar xəbərlər