12 Yanvar 2021 11:42
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Moskvada yerli ermənilər Ermənistan Baş naziri Nikol Paşinyanı “Xain” sözləri yazılmış plakatlarla qarşıladılar, lakin proses o qədər də izdihamlı alınmadı.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Nəşrin yazdığına görə, etirazçılar İrəvanda onun Moskvaya uçmasına mane ola bilmədikləri kimi, Rusiyanın paytaxtında da ona əngəl ola bilməyiblər:

“Yalnız bir neçə erməni Rusiyadakı Ermənistan səfirliyinin hasarına Paşinyanın istefası barədə yazılı plakatları asa bildi, istefasını tələb edən imzalar topladı və bu da belə ötüb keçdi.

Aksiya Ara Abramyanın rəhbərlik etdiyi Rusiya Ermənilər Birliyi və “Daşnaksütyun”un yerli nümayəndələri tərəfindən təşkil edilib. Aksiyanın başlamasından bir saat sonra afişalar götürüldü, bundan sonra aksiyada iştirak edənlərin sayı getdikcə azaldı. Bir gün əvvəl başlayan imza toplama kampaniyasına təxminən 500 nəfər qatıldı, onlardan təxminən 70-80 nəfər də dünən imzalarını geri götürüb”.


Müəllif: Mənsur Rəğbətoğlu