19 Yanvar 2021 10:59
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lars magistral yolu bütün növ nəqliyyat vasitələri üçün qar uçqunu səbəbindən bağlıdır. Bu səbəbdən sərhədin Rusiya tərəfinə 450-dən çox avtomobil yığılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi Gürcüstan Daxili İşlər Nazirliyi və Şimali Osetya Böhran İdarəetmə Mərkəzinə istinadən bildirib.

Lars yolunun bağlanması səbəbindən faktiki olaraq Ermənistan təcrid olunub və ölkəyə Rusiyadan gələn, eləcə də ölkədən Rusiyaya gedən yük avtomobilləri yolda qalıb.

Bundan başqa, Ermənistanın özündə də bir sıra vacib yollar qarlı hava səbəbindən bağlıdır. Bunlar əsasən Amberd, Araqastsotn bölgələri və Kari gölü istiqamətindəki yollardır. Buz səbəbindən Vardenes aşırımı da eyni vəziyyətdədir.

Həmçinin İrəvan-Göyə magistral yolu buz bağlayıb. Sünik (Zəngəzur) bölgəsinin Sisian şəhəri istiqamətində, habelə Ararat bölgəsində güclü qar yağır.


Müəllif: Cavad