Ermənistan Cənubi Qafqazda regional əməkdaşlığa qarşı çıxıb.
Teleqraf.com xəbər verir ki, bu mövqeni Ermənistan Xarici işlər naziri Ara Ayvazyan İrəvanda İran Xarici işlər naziri Cavad Zəriflə müzakirə zamanı ifadə edib.
Ayvazyan iddia edib ki, Azərbaycanın Qarabağda güc tətbiq etməsinin nəticələrinin uzunmüddətli sülh üçün zəmin yarada biləcəyinə və ya regionda əməkdaşlıq üçün fürsət hesab hesab olunacağına inanmır:
"İndi bölgə Azərbaycanın Qarabağ münaqişəsinin güc yolu ilə həll etməsi nəticəsində yaranan yeni və ciddi problemlərlə üz-üzədir. Ermənistan Azərbaycanın Qarabağdakı hərbi fəaliyyətinin nəticələrinin uzunmüddətli sülh üçün zəmin yarada biləcəyinə və ya regional əməkdaşlıq üçün bir fürsət hesab olunacağına inanmır”.
Ermənistan xarici işlər naziri bildirib ki, İran regionda mühüm ölkədir və İranın yaxın qonşuları ilə münasibətlər qurmasına hörmətlə yanaşır.