5 Fevral 2021 14:16
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə naziri Vaqarşak Arutyunyan Ermənistan gündəmini zəbt edən bir sıra məsələlərlə bağlı erməni jurnalistlərinin suallarını cavabsız qoyub və onlara məsləhət görüb ki, Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlasınlar.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni saytları məlumat yayıb.

Ermənistan Müdafiə naziri Vaqarşak Arutyunyan həmçinin hakim “Mənim addımım” fraksiyasının deputatı Anuş Beqloyanın “son 30 ildə Ermənistan ordusu olmayıb” fikrini şərh etməkdən imtina edib.

Arutyunyan daha bir maraqlı sualdan da qaçıb. O, erməni jurnalistin “bəzilərinin Şuşinin Şuşa adlandırılmasının normal saymasına reaksiyanız necədir” sualını cavabsız qoyub.

Vaqarşak Arutyunyanın cavabsız qoyduğu suallardan biri də Azərbaycanda olan erməni əsirlərlə bağlı olub.

Ermənistan ordusunun başçısı Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə ordusunun” buraxılması haqda dolaşan söz-söhbətləri şərh etmədən uzaqlaşıb.


Müəllif: Nemət

Oxşar xəbərlər