“Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın yeganə üstünlüyü hazırkı Baş nazir Nikol Paşinyanın siyasətidir”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
Surenyants qeyd edib ki, Köçəryan siyasətdən əsla getməyib, son müsahibələrində erkən seçkilərə qatılmağı planladığını elan etməsi başqa bir məsələdir və bu, vacib bir məqamdır:
“Onun mövqeyi müxalif partiyaların erkən seçkilərin keçirilməsi barədə çox bədbin olan fikirlərindən bir qədər fərqlidir.
Serj Sarkisyanın prezidentliyi dövründə də Köçəryan ildə ən azı bir neçə dəfə bəyanatlar və müsahibələr vermiş, əsasən hakimiyyət orqanlarının iqtisadi siyasətini tənqid etmişdi. İndi də Paşinyan hökumətinin fiaskosunun fonunda “güclü əllər” texnologiyasını tətbiq etməyə çalışır. Ancaq cəmiyyətin Köçəryanı “güclü əl” kimi qəbul edib-etməməsi başqa məsələdir”.
Surenyantsın fikrincə, “güclü əl” anlayışı legitimliyi olan demokratik liderlə əlaqələndirilməlidir.
Politoloq hesab edir ki, Köçəryan, “güclü əldən” danışarkən, bu, onun hakimiyyət dövrü deməkdirsə, o zaman sadəcə bir avtoritar sistem var idi.
Ekspert nöqteyi-nəzərindən, Köçəryan Paşinyanın 2018-ci ildə tətbiq etdiyi siyasi texnologiyadan istifadə etməyə çalışacaq.
Politoloq Köçəryanın iki il əvvəl Paşinyanın cəmiyyətdə bölücü xətlərdən (“qaralar” və “ağlar”a bölünmə) baş nazirin özünə qarşı istifadə etməyə çalışacağından narahatlığını bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın ikinci prezidenti Robert Köçəryan erkən seçki baş verərsə, özü və komandası ilə birlikdə seçkidə iştirak edəcəyini bildirmişdi. Eyni zamanda, eks-prezident qələbəsinə inandığını demişdi.
Dünən isə keçmiş dövlət başçısı böyük siyasətə qayıtdığını və ölkədə gedən proseslərdə fəal iştirak etmək niyyətində olduğunu açıqlayıb.