9 Fevral 2021 13:17
1 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman ölkəsində mübahisəli islahatları davam etdirir.

Teleqraf.com “Yeni Şafak”a istinadən xəbər verir ki, şahzadənin rəhbərlik etdiyi islahatlar dini sektora da çatıb.

Məlumata görə, ABŞ hökumətinin uzun illərdir Səudiyyə Ərəbistanında bir kilsə qurması üçün etdiyi təzyiqlər nəticə verməyə başlayıb. Səudiyyə hökumətinin ABŞ Beynəlxalq Dini Azadlıq Komitəsinin bu tələbinin uzun illərdir yerinə yetirmədiyi vurğulanıb.

Məlumatda qeyd edilib ki, ABŞ-dan Səudiyyə Ərəbistanına gedən bir yevengelist qrup Salmanla saatlarla davam edən danışıqlar aparıb. Eyni qrupun 2019-2020-ci illərdə də Səudiyyə Ərəbistanına gəldiyi və Salmanla danışıqlar apardığı deyilib.

Səudiyyə Ərəbistanının 500 milyard dollarlıq nəhəng bir layihə çərçivəsində ilk dəfə olaraq, ölkədə bir kilsənin inşa edəcəyi iddia olunub. Layihə çərçivəsində, eyni zamanda, ölkədə Neom adlı ekoloji meqapolis qurulacaq.

500 milyard dollarlıq Neom proyekti tarixin ən bahalı investisiya layihəsi olaraq qəbul edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər