“Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan Qarabağla bağlı çoxdan danışmalı idi. Müharibə, daha sonra xanımının vəfatı, koronavirus - bütün bunlar onun müsahibələrinin təxirə salınmasına səbəb oldu”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Respublikaçı partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.
“Bəli, Sərkisyan yaxın gələcəkdə əsasən Qarabağ məsələsi ilə bağlı danışacaq. Bu müsahibələrin davamlı olacağını istisna etmirəm. Düşünürəm ki, üçüncü prezidentimiz milli mübarizədən kənarda qala bilməz. Respublikaçı bu mübarizədə partiya mənafelərini kənara qoyub mübarizə aparır və sona qədər də mübarizə aparacaq”, - Şarmazanov bildirib.