2020-ci ildə Ermənistanda yoxsulluğun səviyyəsi 30% -ə yaxınlaşıb. 2018-ci ildə yoxsulluq səviyyəsi 23,5% idisə, 2019-cu ildə bu göstərici artıq 26,5% -ə yüksəldi.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Ermənistanın əməl və sosial işlər üzrə nazirinin sabiq müavini Tadevos Avetisyan deyib.
Onun sözlərinə görə, Ermənistan üçün iqtisadi baxımdan reallıq daha pis olub: “2017-ci ildən 2019-cu ilədək ixrac 2,5 dəfə azaldı, davamlı investisiya axını başladı, 2019-cu ildə kapital xərcləri 60% azaldı, ÜDM göstəriciləri azaldı, milli borc 20%, dollar ifadəsində isə 16% artdı. Mövcud hökumət dövründə milli borc 1,9 milyard dollar böyüdü və aradan qalxmasa, ÜDM göstəriciləri borc göstəricilərinə bərabər olacaqd. Bundan əlavə, qida təhlükəsizliyi problemi getdikcə dərinləşir. Gəlirlərin azalması fonunda qiymətlər artır və zəruri məhsullar 10 faizdən çox bahalaşdı. Hər şey demoqrafik problemlərin olacağına gedir. Ciddi miqrasiya axını üçün yeganə real cilovlayıcı mexanizm pandemiya və məhdudiyyətlərdir”.
Sabiq nazir müavini hesab edir ki, hökumət qurumların hərəkətsizliyi dövlət üçün atmaq istədikləri hər hansı bir addımdan daha sərfəlidir.
Mərkəzi Bankın fəaliyyətinə toxunan iqtisadçı, valyuta bazarındakı investisiyalar olmadan əməliyyatların heç bir şeyi həll etməyəcəyini, bunun yalnız ehtiyatların dağıdılması olduğunu və yenidən maliyyələşdirmə nisbətindəki artımın da kreditlərin artmasına səbəb olduğunu deyib.
“Milli borc 10 milyard dollara yaxınlaşa bilər, dramın devalvasiyası davam edəcək və yoxsulluq dərinləşəcək. Bütün bunlar və daha çox şey hakimiyyət dəyişikliyi olmadığı təqdirdə humanitar fəlakətə səbəb olacaq”,- sabiq nüazir müavini vurğulayıb.