18 Fevral 2021 11:34
2 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan üçün yeganə rasional qərar Qarabağdakı qoşunlarının çıxarılmasıdır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Vladimir Yevseyev deyib.

Onun sözlərinə görə, Emənistanın öz sərhədlərinin möhkəmləndirilməsinə diqqət yetirməsi lazımdır, Dağlıq Qarabağın təhlükəsizliyi məsələsinə Rusiya sülhməramlı kontingenti cavabdehdir:

“Qarabağda Ermənistandan olan hərbçilərin mövcud problemləri həll etmək üçün yetərli deyil. Ermənistan təhlükəsizliyi təmin etmək üçün Xankəndinə hərtərəfli yardım göstərə bilmir. Bu şərtlərdə yeganə rasional qərar Ermənistan tərəfindən Qarabağdan qoşunların çıxarılması və Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin artırılması üçün istifadə edilməsidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər