20 Fevral 2021 15:50
1 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın “Vətəndaş Şüuru” QHT-nin sədri Narek Samsonyan və “Veto” ictimai-siyasi hərəkatının lideri Narek Malyan polis bölməsinə aparılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan məlumat verib.

O, Malyanın saxlanılma anının videosunu sosial şəbəkədə yayımlayaraq polisin atdığı addımı qanunsuz hesab edib: “Polis həbs üçün heç bir əsas təqdim etmir”.

Bu ərəfədə politoloq, “Karjak Media” media holdinqinin həmtəsisçisi Karen Bekaryan və parlament aparatının keçmiş rəhbəri Ara Saqatelyanın tutulması da məlum olub.

Saxlanılan şəxslərin Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparıldığı bildirilib.

Qeyd edək ki, bu gün Ermənistanda hakimiyyət əleyhinə ümumxalq mitinqinin keçiriləcəyi açıqlanmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər