Ermənistanın Baş naziri Nikol Paşinyan sabiq prezident Serj Sarkisyanın Azərbaycanla müharibənin 3-4-cü günündə nə üçün “İskəndər” raketindən istifadə edilməməsi ilə bağlı ittihamına cavab verib.
Teleqraf.com xəbər verir ki, Paşinyan "1in.am" saytına müsahibəsində “İskəndər”dən istifadə olunduğunu etiraf edib: "Düşünürəm ki, cavabını bildikləri sualları verməməlidirlər. Buyurub, cavab versinlər, atılan “İskəndər” niyə partlamadı, yaxud 10%-i partladı? Bəlkə o raket 80-ci illərin silahı idi?”.