Ermənistan Prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi ilə bağlı sənədi alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyası məlumat yayıb.
Lakin qeyd edilir ki, Armen Sərkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın vəzifəsindən azad edilməsi barədə dünənki fərmandan fərqli olaraq bu gün daxil olan sənədi imzalamayıb.