25 Fevral 2021 15:37
1 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Ermənistan xalqını öz ölkələrinə sahib çıxmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

O, xalqa Silahlı Qüvvələrin yanında dayanmağı təklif edib:

“Müharibədə məğlub olan və torpağı təslim edən hakimiyyət nümayəndələri getməlidir. Bu, ilk növbədə milli dirçəlişimiz üçün lazım olan təklifdir”.

Qeyd edək ki, Ermənistandakı siyasi böhran Silahlı Qüvvələrin Baş Qərargahının Baş nazir Nikol Paşinyanın istefasını tələb etməsindən sonra daha da pisləşib. Bu açıqlamadan sonra baş nazir baş qərargah rəisi Onik Qasparyan və onun birinci müavini general-leytenant Tiran Xaçatryanı istefaya göndərib.


Müəllif: Mənsur Rəğbətoğlu