26 Fevral 2021 13:17
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan baş nazirinin davranışları və ritorikası hakimiyyətini qorumağa hesablanıb”.

Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan Baş nazir Nikol Paşinyanın “Ermənistanın təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaşı” adlandırdığı Rusiya ilə əməkdaşlığı gücləndirmək niyyəti barədə açıqlamasına münasibət bildirərkən belə deyib.

Vrtanesyan qeyd edib ki, Rusiya “İskəndər”ləri ilə bağlı qalmaqallı sözləri fonunda Paşinyanın yeni açıqlaması bir az qəribə görünür və bununla ziddiyyət təşkil edir:

“Nikol Paşinyanın bir neçə gün verdiyi ziddiyyətli açıqlamaları təəccüb yaratdı. Ordunun gücləndirilməsi üçün bir növ sistemli, uzunmüddətli işlərdən bəhs etdiyi bu söhbətlər boş söhbətdir”.

Hərbi ekspert hesab edir ki, Paşinyan hazırda yalnız bir şeylə maraqlanır – hakimiyyətinin qorunması: “Bu məntiq çərçivəsində Rusiya ilə yaxşı əlaqələr qurmaq lazımdırsa, o zaman bu barədə danışacaq, Rusiyanın tənqid etmək lazımdırsa, Paşinyan bunu da edəcək.

Ümumilikdə, ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün ardıcıl iş görmürük. Bütün bunlar sadəcə hakimiyyət uğrunda mübarizədir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər