Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin oktyabr ayında yeni konstitusiyaya dair referendum keçirmək təklifini irəli sürüb.
Teleqraf.com xəbər verir ki, İrəvanda tərəfdarlarının mitinqində söylədiyi nitq zamanı hökumət başçısı parlament idarə sistemdən yarı prezident üsul-idarəsinə keçməyin mümkünlüyünü bildirib.
Baş nazir həmçinin növbədənkənar parlament seçkiləri də keçirməyə hazır olduqlarını dilə gətirib.