9 Mart 2021 13:11
1 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Ermənistan tərəfinin Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) nümayəndəsi Marin Klark-Hattinqin mandatını dayandırdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, A.Naqdalyan TASS-a qərarın qəbul edilməsinin səbəbini açıqlayıb.

O deyib ki, buna Marin Klark-Hattinqin iş metodları səbəb olub. Ermənistan hakimiyyəti onun iş metodlarını ölkə üçün problematik hesab edib.

“UNICEF-in Ermənistan üzrə nümayəndəsi Marin Klark-Hattinqin iş metodologiyasında heç bir şəkildə əməkdaşlığın qurulmasına kömək etməyən ümumi çatışmazlıqlar erməni tərəfi üçün çox problemli idi. Buna görə də Ermənistan hökuməti Klark-Hattinqin UNICEF-in Ermənistandakı nümayəndəsi olaraq fəaliyyətini dayandırmaqla bağlı qərar verdi”, – deyə Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.

Naqdalyanın sözlərinə görə, bu qərar barədə BMT-nin rezident əlaqələndiricisi və UNICEF nümayəndələrinə məlumat verilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər