17 Mart 2021 10:38
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi Onik Qasparyan məhkəməyə müraciət edib.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə vəkil Aram Vardevanyan bildirib.

Vəkilin sözlərinə görə, general-polkovnik İrəvan İnzibati Məhkəməsinin hakimi Mqer Petrosyan qarşısında iddia qaldırıb.

Vardevanyan deyib ki, Mqer Petrosyan müsbət nüfuz və imicə malikdir: “Mətbuatda çıxan məlumatlardan belə aydınlaşır ki, hökumət hakimə təzyiqlər göstərir. Baş qərargah rəisinin konstitusiyaya zidd olaraq işdən çıxarılması ilə bağlı ictimaiyyətə açıq olan dəlillər İnzibati Məhkəmənin iddianı təmin etməsi üçün kifayətdir”.


Müəllif: Cavad

Oxşar xəbərlər